Azərbaycan Beynəlxalq Bankının (ABB) mobil tətbiqində problem yaranıb.
Ucnoqta.az xəbər verir ki, həmçinin vətəndaşların kartlarında saxlanılan pul vəsaitləri silinib.
Belə ki, mobil tətbiqə daxil olmaq istədikdə belə bir mesaj açılır:
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanlarda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”.