Bakıda avtomobil 51 yaşlı kişini vurub

09:18 - 24 İyun 2026 - HADİSƏ

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, hadisə dünən Xəzər rayonu Türkan qəsəbəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Davud Nəsirovun idarə etdiyi “BYD” markalı avtomobil yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Rauf Qafarovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti