Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib.
Ucnoqta.az xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, iyunun 22-də orada vəfat edib.
Onun hansı şəraitdə sirkə turşusu içdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.