İnfantino "DÇ-2026" kubokunu qaliblərə Trampla birlikdə təqdim edəcək

21:40 - 23 İyun 2026 - DÜNYA

FIFA prezidenti Canni İnfantino kuboku 2026-cı il Dünya Kubokunun qaliblərinə ABŞ prezidenti Donald Trampla birlikdə təqdim edəcək.

Ucnoqta.az bildirir ki, İnfantino bu barədə Fox News-da açıqlama verib.

Dünya Kubokunun finalı 19 iyulda Nyu-Cersi ştatının Şərqi Rezerford şəhərindəki MetLife stadionunda keçiriləcək.

"Prezident və mən finaldan birlikdə həzz alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Əlbəttə ki, biz həmişə bir yerdəyik", - İnfantino bildirib.

Xəbər xətti