Neftin qiyməti 76 dollardan aşağı düşdü

07:25 - 24 İyun 2026 - İQTİSADİYYAT

Brent markalı xam neftin qiyməti 2 martdan bəri ilk dəfə barel üçün 76 dollardan aşağı düşüb.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2 mart 2026-cı ildən bəri ilk dəfə barel üçün 1,48% azalaraq 75,23 dollara düşüb.

 Bu arada, 2026-cı ilin avqust ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 2,07% azalaraq barel üçün 72,33 dollara düşüb.

Xəbər xətti