Oman Hörmüz boğazında müvəqqəti rüsumsuz tranzit dəhlizi açıb

09:51 - 24 İyun 2026 - İQTİSADİYYAT

Oman BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə koordinasiyalı şəkildə, Hörmüz boğazında gəmilər üçün rüsumsuz olacaq müvəqqəti tranzit dəhlizi açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sultanlığın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, bu addım ABŞ və İran arasında əldə edilən razılaşmalara uyğundur. Yeni marşrut vasitəsilə boğazdan keçmək istəyən gəmilər təşkilat və Oman hakimiyyəti tərəfindən müəyyən edilmiş koordinatlar əsasında hərəkətlərini IMO ilə əlaqələndirməlidirlər.

Xəbər xətti