Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Changan” markalı avtomobildən 1300 manat məbləğində pul vəsaiti oğurlanıb.
Ucnoqta.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Xəzər rayonu ərazisində daha 6 nəqliyyat vasitəsindən eyni üsulla oğurluq etdiyi də məlum olub.
Araşdırmalar davam etdirilir.