Yollardakı tıxacın səbəbi açıqlanıb

11:42 - 18 Sentyabr 2024 - AVTO

8 Noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, ötən gündən başlayaraq Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib:

"Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə, bu prospektlərdə hazırda avtomobil sıxlığı müşahidə edilir. NİİM-in əməkdaşları yol polisi ilə əlaqəli şəkildə bu prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər".

Xəbər xətti