Buryatiyada temperatur mənfi 56 dərəcəyə düşüb
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional qərargahı Buryatiya sakinlərini 17-23 yanvar tarixlərində respublikada gözlənilən anormal soyuq hava şəraiti barədə xəbərdar etmişdi. Temperaturun mənfi 45 dərəcəyə, bölgənin şimalında isə mənfi 50 dərəcəyə düşəcəyi gözlənilirdi.
Bazar ertəsindən etibarən Ulan-Udedəki bütün siniflər distant təhsilə keçib. Energetiklər və təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətindədir.