Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Azərbaycan təmsilçisi “Qarabağ” növbəti oyununa çıxacaq.
Ucnoqta.az xəbər verir ki, Ağdam klubu Almaniya təmsilçisi “Ayntraxt”ı qəbul edəcək. Qarşılaşma saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Rəqibini məğlub etməklə 7 xalla 25-ci olan “Qarabağ” bu oyunda qalib gəlməklə pley-offa vəsiqəni təmin edə bilər.
UEFA Çempionlar Liqası, 7-ci tur
21 yanvar
21:45 Qarabağ – Ayntraxt
Hakimlər: Sandro Şerer (İsveçrə).
Tofiq Bəhramov adına Respublika stadionu.