Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı

10:30 - 20 Yanvar 2026 - Xəbər

Yanvarın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 110, o cümlədən borclu şəxs qismində axtarışda olan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Xəbər xətti