Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa kürd qüvvələri ilə bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni atəşkəs razılaşmasını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Syria TV məlumat yayıb.
Yeni razılaşmaya əsasən, kürd koalisiyası "Suriya Demokratik Qüvvələri"nin (SDF) bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.
Sənəd həmçinin hökumət ordusunun bazar günü ələ keçirdiyi Deyr əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin Suriya hökumətinə keçdiyini təsdiqləyir.