Bakının mərkəzində dönərxana yandı

22:04 - 18 Yanvar 2026 - Xəbər

Bakının mərkəzində dönərxanada yanğın olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəbər xətti