ABŞ Yaxın Şərqə "F-15E" qırıcı təyyarələrini yerləşdirir - WSJ

13:43 - 21 Yanvar 2026 - DÜNYA

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirməyə başlayıb.

Ucnoqta.az bildirir ki, The Wall Street Journal (WSJ) mənbələrə istinadən xəbər verir ki, Prezident Donald Tramp İrana zərbə endirməyi nəzərdən keçirməyə davam edərkən bölgədəki qüvvələrini artırır.

Mənbələrə görə, F-15E qırıcı təyyarələri bazar günü İordaniyaya eniş edib.

ABŞ rəsmiləri həmçinin qeyd ediblər ki, İrandan mümkün cavab zərbələrinin qarşısını almaq üçün lazım olan "Patriot" və "Thaad" hava hücumundan müdafiə sistemləri də daxil olmaqla əlavə hava hücumundan müdafiə sistemləri bölgəyə çatdırılacaq.

Xəbər xətti