Astanada "Brügge"nin 3 azarkeşi həbs olundu

21:00 - 22 Yanvar 2026 - Xəbər

Astanada "Kayrat"la oyuna "Borat" mövzulu çimərlik geyimləri (mankini) geyinərək gələn Belçika klubunun "Brügge"sinin üç azarkeşi hər biri beş gün həbs cəzasına məhkum edilib.

Ucnoqta.az bildirir ki, bu barədə Vesti.kz xəbər verir.

Çempionlar Liqası matçı 20 yanvarda baş tutub və "Kayrat"ın 4-1 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyundan sonra Astana polis departamenti "üç kişinin başqalarına hörmətsizlik ifadə edən və ictimai asayişi pozan hərəkətlər etdiyini" bildirib.

Onlar xırda xuliqanlıq və sərxoş vəziyyətdə ictimai yerdə göründüklərinə görə həbs ediliblər.

Qazaxıstan daxili işlər nazirinin müavini Sanjar Adilov bildirib ki, "Bu şəxslər inzibati məsuliyyətə cəlb ediliblər. Onların beş gün müddətinə inzibati həbsi ilə bağlı məhkəmə qərarı çıxarılıb".

Azarkeşlərgünahlarını etiraf ediblər.

Matçı izləmək üçün Astanaya ümumilikdə 500-ə yaxın "Brügge" azarkeşi gəlib.

"Reuters" agentliyinin verdiyi məlumata görə, Belçika Xarici İşlər Nazirliyi vəziyyəti izlədiyini bildirib.

Xəbər xətti