İsrail hərbi əməliyyatlar üçün milyardlarla dollar ayıracaq - Netanyahu

00:14 - 11 Mart 2026 - DÜNYA

İsrail İrana qarşı əməliyyatı nəzərə alaraq xüsusi hərbi büdcəyə milyardlarla dollar ayırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu planları maliyyə naziri Bezalel Smotriç ilə birgə yazılmış və Baş nazirin ofisi tərəfindən paylanmış videomüraciətdə açıqlayıb.

İrana edilən zərbələrlə bağlı Netanyahu, İsrailin İslam Respublikasının nüvə və raket imkanlarını aradan qaldırmaq üçün sadəcə olaraq bu kampaniyaya başlamağa məcbur olduğunu deyib.

"Amma bir böyük "amma" var: bu, pula başa gəlir, çox pul. Buna görə də müharibə zamanı müdafiə büdcəsini və hərbi səyləri dəstəkləmək üçün on milyardlarla şekeldən ibarət xüsusi büdcə ayırmalıyıq", - deyə o bildirib.

Baş nazir dəqiq məbləği açıqlamayıb. Hazırkı məzənnə ilə on milyard şekel 3,25 milyard dollara bərabərdir.

Xəbər xətti