Almaniyanın müdafiə naziri Boris Pistorius bir neçə Avropa tərəfdaşı ilə Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün 30 PAC-3 raketinin tədarükü barədə razılığa gəlib.
Ucnoqta.az bildirir ki, Der Spiegel jurnalı mənbələrə istinadən bu barədə məlumat verib.
Bundesverin inventarından bir neçə raketlə yanaşı, Kiyev ümumilikdə təxminən 35 PAC-3 raketi alacaq. Çatdırılma tarixi dəqiqləşdirilməyib.
Münhen Təhlükəsizlik Konfransının kənarında Pistorius təklif edib ki, digər Avropa ölkələri cəmi 30 raket yığsa, Almaniya Kiyevə özünün PAC-3 raketlərini verəcək.
Niderland da daxil olmaqla bir neçə ölkə bu səydə iştirak etmək istəklərini bildirib.