İki rayonun bəzi ərazilərində qaz kəsiləcək

08:39 - 29 Aprel 2026 - Xəbər

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan verilən məlumata görə, Sabunçu və Suraxanı rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 29.04.2026-cı il tarixində saat 10:00-dan işlər başa çatanadək Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Daş Karxanasının bir hissəsinin və Zığ kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti