Brent neftin qiyməti 111 dolları keçdi

09:51 - 28 Aprel 2026 - İQTİSADİYYAT

ICE birjasında Brent markalı xam neftin qiyməti 7 apreldən bəri ilk dəfə bir barel üçün 111 dolları keçib.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 7 aprel 2026-cı ildən bəri ilk dəfə 111,27 dollara (2,81% artım) satılıb.

Bu arada, 2026-cı ilin iyun ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 2,48% artaraq bir barel üçün 98,76 dollara çatıb.

Xəbər xətti