Lerikdə yük maşını dərəyə aşıb.
Ucnoqta.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Astara sakini Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxıb.
Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.