Avtomobil 16 yaşlı yeniyetməni vurub öldürdü

09:49 - 27 Aprel 2026 - HADİSƏ

Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada – 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti