Ötən həftə 1593,1 hektar ərazi minalardan təmizlənib

11:08 - 27 Aprel 2026 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.04.2026 – 26.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 39 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1593,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti