Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilir.
Ucnoqta.az xəbər verir ki, PSJ öz meydanında "Bavariya"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
PSJ-nin baş məşqçisi Luis Enrike oyun barədə danışıb.
"Bütün komandalar mövsümün sonuna ən yaxşı formada yaxınlaşmağa çalışır. Kventin Njantu istisna olmaqla, bütün oyunçular hazırdır. Çempionlar Liqasının sehri oyunçuları motivasiya edir. Biz çox yaxşı vəziyyətdəyik.
Bu, Avropanın ən yaxşı iki komandası arasında matç olacaq, baxmayaraq ki, "Arsenal" da əla mövsüm keçirir. Ardıcıllıq baxımından "Bayern" cəmi iki oyunda məğlub olaraq bizdən bir qədər irəlidə ola bilər. Amma göstərdiyimiz oyun səviyyəsinə görə, bizdən daha yaxşı komanda yoxdur", - deyə RMC Sport Enrikedən sitat gətirib.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü mayın 6-da Münhendə keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
28 aprel
PSJ (Fransa) - "Bavariya" (Almaniya)