ABŞ Prezidenti Donald Trampın qatıldığı 25 aprel qəbulunda atışma törədən şəxsə qarşı əlavə ittihamlar irəli sürüləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kolumbiya Dairəsinin prokuroru Janine Pirro mətbuat konfransında məlumat verib.
O, bir neçə saat əvvəl amerikalı Kol Tomas Allenin ilk məhkəmə çıxışını şərh edərkən bildirib: "İstintaq davam etdikcə əlavə ittihamlar irəli sürüləcək. Allen rəsmi olaraq Amerika liderinə sui-qəsd cəhdi də daxil olmaqla üç maddə ilə ittiham olunub.