"Discord"da kəsinti baş verib

00:05 - 29 Aprel 2026 - Xəbər

ABŞ-da Discord platformasında genişmiqyaslı kəsinti barədə məlumat verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən Downdetector xidmətinin saytında məlumat verilib.

Xidmətin məlumatına görə, kəsinti  ilə bağlı 11.800 şikayət qeydə alınıb. Altmış yeddi faizi tətbiqdə nasazlıqlar, 13 faizi səsli zənglərdə çətinliklər, 12 faizi isə qeydiyyat zamanı xidmət problemləri barədə məlumat verib.

Discord sosial şəbəkəsi əvvəlcə oyunçular üçün platforma kimi 2015-ci ildə yaradılıb.

Xəbər xətti