Fars körfəzində, Əbu-Dabidən 36 dəniz mili şimalda yerləşən bir yük gəmisinin yaxınlığında güclü partlayış qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.
Məlumata görə, gəminin kapitanı yük gəmisinin yaxınlığında sıçrayışın şahidi olduğunu və güclü partlayış səsi eşitdiyini bildirib.