İsrail ordusu Qəzza zolağına gedən "Qlobal Sumud Donanması - İkinci Missiya" adlandırılan humanitar donanmanın 21 gəmisini ələ keçirib.
Ucnoqta.az bidlirir ki, bu barədə CNN Türk-də flaqman gəmisində olan türk jurnalist Ümmü Gülsüm Durmuş məlumat verib.
Məlumata görə, hücum gecə Krit adasının qərbində, Yunanıstanın ərazi sularından 56 dəniz mili məsafədə qəfildən başlayıb.
Durmuş həmçinin qeyd edib ki, İsrail qüvvələri rabitəni kəsən cihazlardan istifadə edib, buna görə də donanmanın kapitanları bir müddət rabitə və naviqasiyadan tamamilə kəsiliblər.
Təhlükəsizlik səbəbi ilə jurnalist donanmanın hazırkı yerini açıqlamaqdan imtina edib, lakin təhlükəsiz liman axtarışının davam etdiyini bildirdi.