İsrail Livandakı "Hizbullah" hədəflərinə yeni silsilə zərbələr endirib

00:00 - 19 Sentyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Livan ərazisində şiə Hizbullah hərəkatının hərbi hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər Livanın cənubundakı Cibbin kəndi ərazisində bir neçə hərbi infrastruktur obyektində Hizbullah silahlı birləşmələrinin üzvlərinin olmasını qeydə alıblar.
Ordudan bildirilib ki, bu hədəfə əsasən, bu hədəflərə hava zərbələri endirilib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kfar Killa, Halta, Şama və El-Edeise yaşayış məntəqələri yaxınlığındakı Hizbullah hədəflərinə hücum edib.
Mətbuat xidmətinin məlumatına görə, vurulan hədəflər arasında raket buraxılış qurğusu və hərbi infrastruktur da olub.

Xəbər xətti