Tayvan Livandakı peycer partlayışlarında iştirak etmədiyini deyir

08:31 - 19 Sentyabr 2024 - DÜNYA

Tayvanın milli təhlükəsizlik orqanları Livanda minlərlə "Hizbullah" üzvünün peycerinin bombalanması ilə bağlı araşdırma aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvan Beynəlxalq Radiosu adanın müdafiə naziri Qu Lisyona istinadən məlumat yayıb.

Bəzi KİV-lərin məlumatına görə, peycerlər Hizbullah tərəfindən Tayvanın Gold Apollo şirkətindən sifariş edilib. Xarici jurnalist brifinqdə Tayvanın Milli Müdafiə Nazirliyinin bundan xəbəri olub-olmadığını və İsraillə hər hansı kəşfiyyat məlumatı mübadiləsi müqaviləsinin olub-olmadığını soruşub.

Qu Lisyong bildirib ki, müvafiq milli təhlükəsizlik bölmələri müvafiq insidentləri araşdırır və onlara diqqət yetirir, lakin Milli Müdafiə Nazirliyinin bu məsələ ilə heç bir əlaqəsi yoxdur.

Departamentin sözçüsü Sun Lifanq əlavə edib ki, nazirlik cihaz istehsalçısı adından şərh verə bilməz.

Xəbər xətti