“20 Yanvar” metrosunun yaxınlığında yanğın - Tıxac yarandı

20:12 - 18 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Bakıda metronun "20 Yanvar" stansiyasının yaxınlığında ağaclıq sahədə yanğın başlayıb.

Bu barədə görüntülər Baku.ws-in "qaynar xətt"inə daxil olub.

Yanğın metrodan "Dərnəgül" istiqamətinə dönən hissədəki ağaclıqda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğınsöndürənləri cəlb olunublar və yanğın qısa zamanda söndürülüb. vakansiya

Xəsarət alan olmayıb, lakin ərazidə tıxac yaranıb.

Xəbər xətti