Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb

14:24 - 14 İyul 2026 - HADİSƏ

Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K. Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti