Polşa ABŞ-dan 150 milyard dollar dəyərində silah alacaq

14:30 - 13 İyul 2026 - DÜNYA

Polşa qarşıdakı illərdə Amerika silahları və hərbi texnikasının alınmasına ən azı 150 milyard dollar xərcləməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik RMF FM radiosunda bildirib.

"Bu günə qədər Polşa Amerika avadanlıqlarının alınmasına və müxtəlif xidmət bazalarının yaradılmasına təxminən 65 milyard dollar xərcləyib və biz qarşıdakı illərdə təxminən 150 milyard dollar xərcləməyi planlaşdırırıq", - Tomçik qeyd edib.

Xəbər xətti