Hindistan milli matəm elan etdi

22:45 - 12 İyul 2026 - DÜNYA

Hindistan hökuməti Qətər Əmirinin atası Həməd bin Xəlifə Əl Taninin vəfatından sonra 13 iyulda bir günlük milli matəm elan edib.

Ucnoqta.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.

Matəm günü ərzində Hindistanın milli bayrağı ölkədəki bütün binalarda yarıya endiriləcək. Bundan əlavə, bazar ertəsi günü rəsmi əyləncə tədbirləri ləğv edilib.

Xəbər xətti