Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

13:46 - 11 İyul 2026 - HADİSƏ

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Ucnoqta.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Ağazadə saxlanılıb. Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti