Netanyahu İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının yaradılmasını istəyir

00:40 - 10 İyul 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İsrail Baş naziri Binyamin Netanyahu Livan, Suriya və Qəzza zolağında İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat verib.

Bildirilib ki, Netanyahu və Tramp arasında davam edən təmasların bir hissəsi olaraq, başqa bir söhbət baş tutub və bu söhbət zamanı ölkələrin müxtəlif sahələrdəki hərəkətləri arasında daha da koordinasiya qurulub. Baş nazir İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb.

Netanyahunun ofisi əlavə edib ki, Tramp Baş nazirə ABŞ-ın Fars körfəzindəki hərəkətləri barədə məlumat verib.

Xəbər xətti