Rafael Markes Meksika milli futbol komandasının baş məşqçisi təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə milli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Markesin müqaviləsi 2030-cu ilə qədərdir. O, 2024-cü ilin iyul ayından bəri komandanı çalışdıran Xavyer Agirreni əvəz edir.
Onun rəhbərliyi altında komanda 2026-cı il Dünya Kubokunun 1/8 finalına yüksələrək İngiltərəyə 3-2 hesabı ilə məğlub olub və 40 ildən sonra ilk dəfə Dünya Kuboku pley-off matçında qalib gəlib.
47 yaşlı Markes 2003-cü ildən 2010-cu ilə qədər "Barselona"da oynayıb.