İran ABŞ-nin 80-dən çox hərbi bazasına zərbə endirib

08:18 - 8 İyul 2026 - DÜNYA

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Dəniz və Aerokosmik Qüvvələri (NAF, elit İran hərbi birliyi) ABŞ-ın İran ərazisinə hücumlarına cavab olaraq Bəhreyn və Küveytdəki 85 ABŞ hərbi obyektinə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyinin istinad etdiyi İİKK-nın bəyanatında bildirilib.

Qeyd olunub ki, təcavüzə ilkin cavab olaraq, İİKK Dəniz və Aerokosmik Qüvvələri raketlər və dronlardan istifadə edərək birgə əməliyyatda Salman limanında, Bəhreyndəki Beşinci Donanma ərazisində və Küveytdəki Əli əl-Salim Hava Bazasında 85 mühüm ABŞ hərbi obyektinə zərbə endirib.

Xəbər xətti