Avropa Birliyinin 2028-2034-cü illər üçün yeddi illik büdcəsində hərbi xərclər 200 milyard avronu keçəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ankarada NATO sammiti çərçivəsində Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.
"Yeni çoxillik AB büdcəsinə hərbi imkanlar üçün 131 milyard avro və hərbi mobillik üçün 71 milyard avro ayrılacaq", - fon der Lyayen bildirib.