Prezident Əli Nəbiyevi yüksək vəzifəyə TƏYİN ETDİ

12:39 - 6 İyul 2026 - Cəmiyyət

Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.

Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xəbər xətti