Ferrari, Formula 1 Dünya Çempionatında 250 qələbəyə çatan ilk komanda olub.
Ucnoqta.az xəbər verir ki, komanda bu mərhələyə Çarlz Leklerkin Britaniya Qran Prisindəki qələbəsindən sonra nail olub. Monakolu pilot üçün bu, onun 38 yarışda ilk qələbəsidir. O, sonuncu dəfə 2024-cü ilin oktyabrında podiuma yüksəlib.
MakLaren komandalar arasında qələbə sayına görə ikinci yerdədir (203), "Mercedes" (138) isə onu izləyir. "Red Bull" (130) və "Williams" (114) də 100 qələbəlik həddini keçiblər.