Hörmüz boğazından keçən gəmilərin sayı azalıb

10:59 - 5 İyul 2026 - DÜNYA

Hörmüz boğazından keçən gəmilərin sayı həftəsonu ərazidə bir neçə gəminin dönməsindən sonra minimuma enib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, Hörmüz boğazından keçən Oman sahili boyunca hərəkət edən ən azı səkkiz gəmi 3 və 4 iyul tarixlərində gözlənilmədən dönərək geri qayıdıb. Daha sonra onlardan dördü istiqamətini dəyişərək İran sahili vasitəsilə boğazdan çıxıb.

Dönüş edən gəmilər arasında neft tankerləri, toplu yük daşıyan gəmilər və avtomobil daşıyan gəmilər olub.

Xəbər xətti