Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçlə danışıb və ona gələcək karyerasında uğurlar arzulayıb. Ucnoqta.az xəbər verir ki, Ronaldonun sözlərini Invictos portalı yayıb.
"Mən uzun illər Modriçlə oynamışam və onun hələ də yüksək səviyyədə oynadığını görmək çox xoşdur. Onunla danışdım. Ona onu gördüyümə çox şad olduğumu dedim və karyerasında ən yaxşısını arzuladım", - Ronaldo deyib.
Ronaldo və Modriç "Real Madrid"də birlikdə oynayıblar.