Ağdərədə mikroavtobusla "Niva" toqquşub, yaralılar var

12:04 - 28 İyun 2026 - ÖLKƏ İÇİ

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.

Xəbər xətti