Sabirabadda iki avtomobil toqquşdu: ölən var

17:17 - 25 İyun 2026 - SİYASƏT

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Qaraağac–Beşdəli kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, “VAZ-2107” markalı minik avtomobili digər avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, 1978-ci il təvəllüdlü İbadov Bəyanət Kamil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti