Yəməndə partlayış nəticəsində jurnalist həlak olub

00:03 - 25 İyun 2026 - DÜNYA

Əl-Hədəs televiziyasının müxbiri Məhəmməd Aida Yəmənin Hadramaut əyalətində avtomobil partlayışı nəticəsində həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə kanal məlumat yayıb.

Əldə olan məlumata görə, jurnalist avtomobilində partlayıcı qurğunun partlaması nəticəsində ölüb. Faciə əyalətin mərkəzi Mukallada baş verib.

Hadisənin təfərrüatları araşdırılır.

Xəbər xətti