Vaşinqton NATO ölkələrini öz müttəfiqləri hesab edir, lakin onların kifayət qədər imkanlara malik olmasını istəyir.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona səfərini şərh edərkən bildirib.
"Əlbəttə ki, avropalılar bizim müttəfiqlərimizdir və NATO da bizim müttəfiqlərimizdir. Amma bizə real imkanlara malik müttəfiqlər lazımdır", - deyə o, Fox News-a verdiyi müsahibədə bildirib.
Diplomat əlavə edib ki, buna görə də Prezident Tramp on ildir ki, NATO üzvlərini müdafiəyə daha çox pul xərcləməyə çağırır".