Prezident Özbəkistandakı səfirimizi geri çağırdı

15:12 - 25 İyun 2026 - SİYASƏT

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xəbər xətti