Azərbaycan Suriyada 10 məktəb tikəcək

12:23 - 25 İyun 2026 - Xəbər

Azərbaycan Suriyada məktəb tikintisinə dəstək verir, 10 məktəbin inşasını həyata keçirmək barədə qərar qəbul edilib.

APA xəbər verir ki, bu sözləri Suriya parlamentinin deputatı Tarık Sulo Cevizci Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxışı zamanı deyib.

“Eyni zamanda, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində suriyalı tələbələrin Azərbaycanda təhsil alması üçün imkanlar yaradılacaq. Bu proqramda türkman tələbələrin də iştirakının təmin olunması arzu edilir. Azərbaycan və Suriya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biridir”, - o qeyd edib.

Tarık Sulo Cevizci vurğulayıb ki, Suriyanın gələcəkdə Türk dövlətləri ilə münasibətlərinin daha da genişlənməsi üçün mühüm addımlar atılır.

Xəbər xətti