Rusiyadan Ermənistana daha bir qadağa: Bütün balıq ...

08:28 - 26 İyun 2026 - DÜNYA

Rusiya bütün Ermənistan müəssisələrindən balıq məhsullarının idxalını məhdudlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti) TASS-a bildirib ki, Rusiya Ermənistandan balıqçılıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirərək, daha iki Ermənistan müəssisəsinin məhsullarının sertifikatlaşdırılmasını əvvəllər müəyyən edilmiş pozuntular aradan qaldırılana qədər müvəqqəti olaraq dayandırıb.

Bu o deməkdir ki, Ermənistandan bütün balıqçılıq məhsullarının idxalı dayandırılıb.

Agentlik qeyd edib ki, sistemli pozuntulardan sonra Rosselxoznadzor əvvəllər Ermənistandan yoxlamada birbaşa iştirak edən müəssisələr - MF Export MMC və Invest Plus MMC istisna olmaqla, bütün balıqçılıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırmasını tələb edib.

Bu müəssisələr üçün ciddi laboratoriya monitorinq rejimi tətbiq edilib.

Xəbər xətti