İsrail Baş naziri Binyamin Netanyahu xarici işlər naziri Gideon Saarın ermənilərin qondarma soyqırımını tanımaq təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Netanyahu bu məsələ ilə bağlı suala cavab olaraq mətbuat konfransında bildirib.
"Mən bunu tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm", -Baş nazir bildirib.
Saar 26 iyunda təsdiq üçün İsrail hökumətinə qondarma erməni soyqırımını tanıyan qətnamə layihəsi təqdim etmək niyyətində olduğunu açıqlayıb. O, qətnamənin daha sonra parlamentdə səsverməyə çıxarılacağını söylədi. Təklifin İsrail Nazirlər Kabineti tərəfindən 28 iyunda keçiriləcək həftəlik iclasında nəzərdən keçirilməsi gözlənilir.///tass